Rusları Avropaya buraxmayacaqlar?

Baltikyanı ölkələr-Litva, Latviya və Estoniya Rusiya vətəndaşlarının Rusiya Federasiyası və Belarus sərhədlərindən girişini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Edqar Rinkeviç məlumat verib.

Diplomat qadağanın yaxın günlərdə rəsmən elan ediləcəyini istisna etməyib. Baltikyanı ölkələr diplomatlar, Avropa İttifaqı sakinlərinin qohumları, yük maşını sürücüləri və humanitar səbəblərdən sərhədləri keçənlər üçün istisna etməyi də planlaşdırırlar.

Qeyd edək ki, hələ bir müddət bundan əvvəl Avropa İttifaqının Rusiya ilə həmsərhəd olan ölkələri - Polşa, Finlandiya, Estoniya, Litva və Latviya gələcəkdə rusların Avropaya girişini mümkün qədər məhdudlaşdırmaq niyyətində olduqlaını bildirmişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə