...Adama, eeey...erməniyə deyən gərək, ay... sən indi bizim hər tərpənişimizdən qorxacaqsan deyə, biz də evimizdə əlimizi-əlimizin üstünə qoyub oturmalıyıq? Axı...
Deyirəm, gəlin əvvəldən başlayaq.
Deməli, dünən, sentyabrın 6-da Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılış mərasimi olub.
Verilən rəsmi məlumata görə, sərgidə ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu nümayiş etdirilir.
Dediyimiz kimi, sadəcə olaraq, nümayiş etdirilir.
Amma, İrəvanda oturub bütün bunları özləri qandıqları kimi yozan erməniləri başa sal görüm, necə başa salırsan. Qarayaxmaları da ki, öz yerində.
Budur, ermənilər yazırlar ki, bu dəqiqə bütün dünyanın başı Rusiya ilə Ukrayna arasında davam edən hərbi qarşıdurmaya qarışdığı bir məqamda, guya Azərbaycan burada silah-sursat alıb “cəbbəxanasını doldurmaqla” məşquldur.
...Biz, ermənilər də həmən bu silahların sonradan bizə tuşlanacağını bilə-bilə, əlimizdən heç nə gəlmir deyə, oturub “məlul-məlul” baxırıq.
Ermənilər daha sonra yazırlar ki, “Dəmir yumruq”un qorxusu canımızdan hələ çıxmamış, Azərbaycan tərəfi bu nə oyundur...gətirirlər başımıza?
Maraqlıdır ki, ermənilər...bu gün sərgilənən, sabah isə Azərbaycanın cəbbəxanasına yığılacaq bu silahlarla Bakının guya təkcə erməniləri deyil, həm də bütün regionu təhdid edəcəyini yazırlar. Deyim ki, imkanları olsaydı, dünyaya da faş edərdilər.
Daha sonra, həmişə olduğu kimi, bu dəfə də istehza ilə “strateji müttəfiqləri” olan Rusiyanın qarasıyca deyinirlər. Kremlin bütün istiqamətlərdə Ermənistana xəyanət kursunu davam etdirdiyini yazırlar.
Sonradan sərgi iştirakçıları arasında Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantusu görüb, bu dəfə onun timsalında Minskin qarasıycan deyinirlər. KTMT-yə üzv olan bir dövlətin “vəfalı tərəfdaşına” - Ermənistana xəyanətini bağışlamayacaqlarını yazırlar.
...O da maraqlıdır ki, ermənilər “bütün bu baş verənlərin fonunda” Qərbin hələ də susqunluğundan, gəlib Ermənistana qahmar çıxmamasından narazılıq edirlər.
Amma deyim ki, başa düşmək olmur: Qərb ermənilərin hansı əməllərinə görə, gəlib onlara qahmar çıxmalıdır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB