Almaniya İkinci Dünya Müharibəsi zamanı nasional-sosialistlərin cinayətlərinə görə Polşadan təzminat tələb edilməsi məsələsini qanuni olaraq bağlanmış hesab edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Almaniya kansleri Olaf Şolz deyib.
“...Bütün Almaniya hökumətləri kimi, mən də qeyd edə bilərəm ki, bu məsələ beynəlxalq hüquq baxımından nəhayət ki, həll olunub”. - Almaniya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Polşada hakim “Qanun və ədalət” partiyasının lideri Yaroslav Kaçinski İkinci Dünya Müharibəsi zamanı Almaniyanın Polşaya vurduğu zərərin məbləğinin təxminən 1,3 trilyon dollar həcmində olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB