Mobil telefonların şarj cihazı olmadan satışı qadağandır

Mobil telefonların şarj cihazı olmadan satışı qadağandır

Braziliyanın Ədliyyə Nazirliyi ABŞ-ın smartfon istehsalçısı “Apple” şirkətinə ölkə daxilində enerji doldurucusu olmayan mobil telefonların satışını qadağan edib. SİA xəbər verir ki, qərarı Braziliya Ədliyyə Nazirliyi açıqlayıb.

Ədliyyə Departamenti həmçinin "Apple"ı istehlakçıya zərər vurduğuna görə 12,2 milyon Braziliya realı (təxminən 2,3 milyon dollar) məbləğində cərimələyib, həmçinin iPhone 12 və 13-ün Milli Telekommunikasiya Agentliyində (Anatel) satış lisenziyasını ləğv edib. Qərarda bildirilir ki, "Apple" ötən ilin dekabrında iPhone 12 və 13-ü şarj cihazı olmadan satdığı üçün Milli İstehlakçı Katibliyi (Senacon) tərəfindən məhkəməyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə