Yeni növ koronavirus Covid-19-a qarşı hazırlanmış “iynəsiz peyvənd” Hindistanda da təsdiqlənib. SİA xəbər verir ki, Çindən sonra Hindistan da iynəsiz Covid-19 peyvəndinin istifadəsini təsdiqləyib. Hindistanda hökumət "Bharat Biotech" şirkəti tərəfindən hazırlanmış və burundan alınan Covid-19 peyvəndinin hələ peyvənd olunmamış insanlarda istifadəsinə icazə verib.
Hindistanın Səhiyyə naziri Mansukh Mandaviya "tviter" hesabında deyib: "Bu addım epidemiyaya qarşı kollektiv mübarizəmizi daha da gücləndirəcək".
Digər tərəfdən, şirkət tərəfindən "Bharat Biotech" Covid-19 peyvəndinin effektivliyi ilə bağlı heç bir araşdırma dərc edilməsə də, peyvəndlərin nə vaxt paylanacağı barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB