Hindistan, Venesuela və İrandan tədarük təmin ediləcəyi təqdirdə, ABŞ-ın Rusiya neftinə təklif etdiyi qiymət həddini dəstəkləməyi nəzərdən keçirəcək
SİA xəbər verir ki, bu barədə “The Economic Times” nəşrinə Hindistan hökumətinin adı açıqlanmayan rəsmilərindən biri məlumat verib.
... Hindistanın idxal olunan neftdən asılılığını nəzərə alsaq, ölkə bir tərəfdən qeyri-müəyyənlik və məhdud tədarük ucbatından bazar qiymətlərinin yüksəldiyi, digər tərəfdən isə daha ucuz mənbələrə məhdudiyyət qoyulması ilə barışa bilmir.
Hökumət rəsmisi vurğulayıb ki, qiymət tavanı yalnız Venesuela və İrandan tədarüklər bazara çıxdıqdan sonra müzakirə oluna bilər.
Bu arada Hindistanın neft və təbii qaz naziri Hardep Sinqx Puri bildirib ki, Hindistan G7-nin Rusiya neftinə tavan qiymət tətbiq etmək təklifini diqqətlə öyrənəcək. Nazirin sözlərinə görə, daxili bazarın tələbatını ödəmək üçün Hindistanın gündə təxminən 5 milyon barel neftə ehtiyacı var. Ölkə xammalın böyük hissəsini İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından idxal edir.
Qeyd edilməlidir ki, bu gün Hindisatnın neft alışında ən az pay Rusiyanın payına düşür. Belə ki, Hindisatnın neft idxalının yalnız 0,2 faizi Rusiyanın payına düşür.
“Vortexa”nın məlumatına görə, avqust ayında Hindistan iyuldan 18 faiz və iyundan 24,5 faiz azalaraq sutkada 738,024 barel Rusiya xam nefti idxal edib.
Xatırladaq ki, ABŞ və İran hazırda nüvə sazişini müzakirə edirlər. Bu isə, İrana xam neft satmağa imkan verəcək ki, bu da qlobal tədarük təzyiqini azaldacaq və Qərbə Rusiya neftini məhdudlaşdırmaq imkanı verəcək.
Amma bunun da bir əmması ondan ibarətdir ki,.. İsrail bu razılaşmaya qəti şəkildə etiraz edir.
Və sonda qeyd edək ki, sentyabrın 2-də G7-nin maliyyə nazirləri Rusiya neftinin qiymətlərinə yuxarı həddi tətbiq etmək niyyətində olduqlarını bəyan ediblər. Bunun üçün onlar “geniş beynəlxalq koalisiya” yaratmaq və Rusiya neftinin bu geniş koalisiyanın razılaşdırdığı tavandan yüksək qiymətə satıldığı təqdirdə dənizlə daşınması üçün hər hansı xidmətin göstərilməsini qadağan etmək istəyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB