Avropa İttifaqı COVID-19-un yeni dalğasına hazırlaşır

Avropa İttifaqı COVID-19-un yeni dalğasına hazırlaşır

Avropa İttifaqı payızda COVID-19-un yeni dalğası gələnədək öz vətəndaşlarını koronavirus infeksiyasından qorumaq niyyətindədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa Parlamentində əczaçılıq sənayesinin nümayəndələri deputatlarla ikinci nəsil peyvəndlərin istehsalını müzakirə ediblər.

Sentyabrın 1-də Avropa Dərman Agentliyi “BioNTech/Pfizer” və “Moderna”nın yeni versiyalarının tətbiqinə razılıq verib. Avropa Komissiyası isə üzv dövlətlərdən təcili olaraq milli peyvənd strategiyalarını hazırlamağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə