PAP Polşa informasiya agentliyinin məlumatına görə...
Polşanın müdafiə naziri Mariuş Blaşçak Rusiyanın “Şimal axını” boru kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırdığını xatırladaraq deyib: "Rusiyanın öz imperiyasını dirçəltməyə ilk cəhdi deyil. Biz Avropa tarixində bunun nümunələrini görmüşük".
PAP Polşa informasiya agentliyinin məlumatına görə, M.Blaşçak bəyan edib ki, Avropa Rusiyanın təzyiqinə boyun əymədən enerji mənbələrini şaxələndirməlidir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniyanı enerji baxımından Rusiyadan çox asılı olmaqda təqsirləndirən polşalı nazir Rusiya ordusunun güclənməsində Almaniyanın da payı olduğunu, Rusiya prezidenti Vladimir Putinin də enerjidən gələn pullarla ordusunu gücləndirdiyini iddia edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB