Bu arada İsrailin baş naziri Yair Lapid nüvə fəaliyyətlərinin daha da davam etdirilməsi ilə bağlı Tehrana xəbərdarlıq edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, ölkəsinin İranın nüvə təhlükəsinə çevrilməsinə imkan verməyəcəyini və istədiyi kimi hərəkət edəcəyini bildirib.
Avropa İtifaqı və İran arasında əldə olunması gözlənilən nüvə razılaşmasını şərh edən Lapid Tehranın nüvə proqramını dayandırması ilə bağlı hər hansı irəliləyiş görmək üçün hələ tez olduğunu bildirib.
“...Lakin İsrail istənilən təhlükəyə və istənilən ssenariyə hazırdır. İran Təl-Əvivi sınaqdan keçirməyə davam edərsə, İsrailin uzun qolunu və imkanlarını kəşf edəcək. Biz terror təhlükəsinə və bizə zərər vermək istəyən hər kəsə cavab olaraq bütün cəbhələrdə fəaliyyət göstərməyə davam edəcəyik” - deyə baş nazir bildirib.
Qeyd edək ki, bundan bir müddət əvvəl İranın Atom Enerjisi Təşkilatının rəhbəri, prezidentin müavini Məhəmməd Eslami İranın nüvə silahı yaratmaq üçün texniki imkanlara malik olduğunu bildirsə də, amma hələlik belə bir proqramın gündəmdə olmadığını demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB