"Türkiyə Rusiya üçün mühüm tərəfdaş ölkədir"

Kremlin sözçüsü Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində Rusiya-Türkiyə münasibətləri ilə bağlı qiymətləndirmələr edib.
"Türkiyə Rusiya üçün mühüm tərəfdaş ölkədir"

"Türkiyə Rusiya üçün mühüm tərəfdaş ölkədir". SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində Rusiya-Türkiyə münasibətləri ilə bağlı qiymətləndirmələri zamanı deyib.

Türkiyə ilə xüsusilə Ukrayna mövzusunda fikir ayrılıqlarının olduğunu, lakin Rusiyanın Türkiyəni mühüm tərəfdaş olaraq gördüyünü vurğulayan Peskov deyib ki, Türkiyə bizim üçün şübhəsiz dost ölkədir. Türkiyə beynəlxalq siyasət, siyasi məsələlər, ticarət-iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox vacib tərəfdaşdır.

Peskov Türkiyenin Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyinə diqqət çəkib: "Türkiyə özünün suveren müstəqil siyasətini həyata keçirir. Rusiya və Türkiyənin siyasət və iqtisadiyyat sahəsində əməkdaşlıqda ciddi potensialı var. Bu potensialın tam reallaşdırılması üçün hələ çox sahə mövcutdur. Türkiyə və Rusiya ikitərəfli münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipləri əsasında qurmuşdur".

Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin də Türkiyənin taxıl da daxil olmaqla Ukrayna ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə