Rusiya Yaponiyadan qisasını aldı

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə qarşısında Qərb dünyasından tərəf olan və Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edən Yaponiya Rusiyadan bunun cavabını aldı.

Rəsmi Moskva keçmişdən bəri Kuril adalarında yaşayan Yaponiya sakinlərinə Hokkaydo yaxınlığındakı adalara vizasız gediş-gəliş imkanı verən razılaşmanı ləğv etdiyini açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qərar barədə danışan Rusiya Dövlət Dumasının beynəlxalq komitəsinin sədri Leonid Slutski deyib:

“Qərar Yaponiya hökumətinin qeyri-qanuni sanksiya təzyiqinə və rəsmi Tokionun Qərbin anti-Rusiya siyasətini dəstəkləməsinə cavab olaraq qəbul edilib".

Xatırladaq ki, İkinci Dünya Müharibəsinin son günlərində Rusiyanın ilhaq etdiyi Kuril adalarını Yaponiya Şimal əraziləri adlandırır.

Hər iki ölkənin iddia etdiyi adalar sözügedən torpaqları strateji əhəmiyyət kəsb edən Rusiyanın nəzarətindədir.

Yaponiya aralarında Kunaşiri adasının da olduğu Kuril adalarının ona geri qaytarılmasını, İkinci Dünya Müharibəsinin sonunda Yaponiya ilə Rusiya arasında imzalana bilməyən sülh müqaviləsinin imzalanması üçün şərt irəli sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə