Macarıstan Rusiya qazından asılılığını azaldır..?

Macarıstan Rusiya qazından asılılığını azaldır..?

Bu da sənə dost ölkə…

Beləliklə, Macarıstan 2030-cu ilə qədər Rusiya qazından asılılığı azaltmağı və ümumiyyətlə ölkənin istilik sistemində bu növ yanacağın payını azaltmağı planlaşdırır.

SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ölkənin texnologiya və sənaye naziri Laslo Palkoviç bildirib.

Onun sözlərinə görə, hakimiyyət bu məqsədlər üçün 16 milyard avro məbləğində investisiya yönəltmək niyyətindədir. ...Hazırda ölkədə təbii qazın son enerji istehlakının 35-40 fizini təşkil etdiyini deyən texnologiya və sənaye naziri “...Macarıstanın məqsədi “Rusiyanın enerji idxalından asılılığını azaltmaq və nəticədə müstəqilliyə nail olmaqdır”-deyə əlavə edib.

Palkoviç, qaz istehlakını azaltmağın yalnız ölkənin elektrikləşdirilməsi üzrə kompleks tədbirlərlə birlikdə mümkün olacağını da əlavə edib.

Xatırladaq ki, hələ iyul ayında Macarıstan hakimiyyəti enerji sektorunda fövqəladə vəziyyət elan etmişdi. Ölkədə qaz hasilatının 1,5 milyard kubmetrdən 2 milyard kubmetrə qədər artırılması, enerji və odun ixracına qadağa qoyulması, kömür hasilatının artırılması və s. o cümlədən bir sıra tədbirlər görülməli idi.

Yeri gəlmişkən, xatırladaq ki, Macarıstan Rusiyadan əlavə qaz tədarükü ilə bağlı razılığa gələ bilib. Belə ki, Macarıstanın xarici işlər naziri Peter Szijjartonun sözlərinə görə, "Qazprom"la yeni saziş çərçivəsində sentyabrın 1-dən Macarıstana gündəlik qaz tədarükü gün ərzində 2,6 milyon kubmetrdən 5,8 milyon kubmetrə yüksələcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə