Almaniya kansleri Olaf Şolz Ukraynanın baş naziri Denis Şmıxalla danışıqlar zamanı Kiyevə “Leopard 2” tanklarının tədarükü ilə bağlı mənfi mövqe nümayiş etdirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniyanın gündəlik “Welt” nəşri Ukrayna administrasiyasındakı mənbələrə istinadən Şolzun tədarükdən imtina etməsi ilə bağlı yazıb.
Beləliklə, nəşrin yazdığına görə, alman tanklarının Ukrayna tərəfinə göndərmək şansları azdır. O da qeyd olunur ki, siyasətçilərin bu məsələ ilə bağlı danışıqları ümumi və qeyri-spesifik olub.
Nəşrin həmsöhbəti onu da bildirib ki, Şmıxal Almaniya sənayesinin Ukraynanı birbaşa “Leopard 2” tankları ilə təmin etmək təklif etsə də, amma kanslerin mövqeyi mənfi və dəyişməz olaraq qalıb.
Onu da qeyd edək ki, bundan əvvəl Şmıqal Almaniyanın “Leopard 2” tanklarının Kiyevə mümkün tədarükü ilə bağlı Şolza “konkret təkliflər” verdiyini bildirib.
“...Mövzunu müzakirə etdik. Biz hətta Almaniyanın Ukraynaya bu tankları necə tədarük edə biləcəyi ilə bağlı təkliflər də vermişik”-deyən Şmıqal, söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB