Rusiya neft indeksini mübadilə üçün hazırlayır

Rusiya neft indeksini mübadilə üçün hazırlayır

Bu arada Rusiyadan verilən xəbərlərə görə, ilin sonuna qədər Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjası Rusiya nefti üçün öz göstəricisini yarada bilər.

Təbii ki, buna ehtiyac beynəlxalq reytinq agentliklərinin Rusiyadan getməsi ilə əlaqədar yaranıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Federal Antiinhisar Xidməti rəhbərinin müavini Vitali Korolev da etiraf edib.

Maraqlıdır ki, Korolev reytinq agentliklərinin getdikcə aradan çıxdıqlarını etiraf etsə də, amma lorı dildə desək, özünü elə də “sındırmır” və guya özlrində də bu göstəricilərə ehtiyac duyulduunu bildirir.

Hazırda Energetika Nazirliyi ilə birlikdə bu işləri görməyə başladıqlarını bildirən xidmət rəhbəri, bunun uğurla başa çatacağını deməklə yanaşı, heç kimə mane olmayacağına da ümid edir.

Hazırda departamentlər daxili bazarda neft üçün belə bir göstəricinin necə hesablanacağını və onun ölkələrə, məsələn, Avrasiya İqtisadi İttifaqına necə şamil edilə biləcəyini müzakirə edirlər.

Bu arada Rusiya Energetika nazirinin müavini Pavel Sorokin birja göstəricisinin malların dəyərini əks etdirməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, “...bu, çoxlu sayda satıcı və alıcının olması deməkdir, bu, məcburi elementdir, əks halda göstərici işin real vəziyyətini əks etdirməyəcək”.

P.S. Təbii ki, gözəl təşəbbs olsa da, amma deyəsən bir balaca gecikib. Deyirəm, amma bir az da geçiksəniz...daha bundan sonra güman ki, bir dənə də olsun neft alıcısı tapma bilməyəcəksiniz.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə