Adam hər ağlına gələni dilinə gətirməz..?

Adam hər ağlına gələni dilinə gətirməz..?

...Ayə, bəs mən nə deyirdim. Demirdim ki, Ramzan gopa basır. Demirdim ki, o da sovet şinelindən çıxanların törəməsidir. Demirdim ki, Ramzanı vəzifəsindən qovmayana qədər...o gedən deyil. Hə bə indi nə oldu? Budur, indi qeyri-müəyyən məzuniyyətə getməsi barədə dediklərini danır. Az qala “mən belə söz deməmişəm” demək istəyir. Amma demir...başqa şeylər deyir.

Buyurun, Siz də tanış olun:

“...Bu günlərdə bir çox müşahidələr, sözlərim qeyri-müəyyən məzuniyyətlə bağlıdır: əsaslandırma, təhlil, proqnozlar, fərziyyələr. Mən “məhsulu dayandırmaq” və bütün söz-söhbətlərə son qoymaq istəyirəm.

Əslində, mənim, əlbəttə, belə getməyə haqqım yoxdur. Xalq mənə rayon rəhbərliyini etibar edib. Və bu etimadı doğrultmaq mənim müqəddəs borcumdur. Mən ancaq Rusiya xalqından və prezidentindən xahiş etməklə gedə bilərəm. Ona görə də qeyri-müəyyən məzuniyyət söhbətini gələcəyə buraxıram. İndi illik məzuniyyətimi belə götürməyəcəyəm. Mən əvvəllər də demişdim ki, ölkəmiz Donbassda qlobal satanizmlə mübarizə aparan bu həlledici zamanda nə regional hakimiyyət orqanları, nə də bütün rütbəli hərbçilər məzuniyyətə gedə bilməz”.

Belə görünür ki, xətər artıq yavaş-yavaş sovuşur. Amma deyim ki, az qala o boyda səlahiyyət sahibi bir parça dilinin güdazına gedəcəkdi. Amma, deyəsən, yaxşı qurtardı.

Budur, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Kadırovun “dəyərli bir kadr kimi” Çeçenistana rəhbərlik etməyə davam edəcəyini bildirib.

P.S. ...Nə heyiflər ki, elə böyük bir səlahiyyət sahibi deyiləm və əgər balaca da olsa səlahiyyət sahibi olsaydım, o vaxt adamın “hər ağlına gələn şeyi yuxuda görməsinə icazə verməzdim”.

...Amma bunun Ramzanla nə əlaqəsi olduğunu bilmədim axı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə