Kiyev rejiminə hərbi yardımdan sonra Avropada silah ehtiyatları tükənir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu xarici işlər və təhlükəsizlik siyasəti üzrə Avropa komissarı Cozep Borrell deyib.
“...Əslində, üzv dövlətlərin əksəriyyətinin hərbi ehtiyatlarının tükəndiyini deməzdim, amma demək olar ki, xeyli azalıb. Çünki biz ukraynalıları böyük potensialla təmin edirik”.
Qeyd edək k, Borrell bunu birbaşa Avropa Parlamentində səsləndirib.
“Associated Press”in məlumatına görə, Borrell Avropa İttifaqı ölkələrini silahları ucuzlaşdırmaq üçün alışlarını birləşdirməyə çağırıb. Onu da qeyd edək ki, Avropa Kiyevə hərbi yardım üçün ümumilikdə təxminən 2,5 milyard avro xərcləyib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl “SP” nəşrinə danışan Xosep Borrel Rusiya xalqının Avropadan tam təcrid oluna bilməyəcəyini deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB