Liz Trass Kiyevə Baş nazir kimi gəlir..?

Liz Trass Kiyevə Baş nazir kimi gəlir..?

Ukraynanın Böyük Britaniyadakı səfirliyi artıq Liz Trassın Kiyevə səfərinə hazırlaşmağa başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı telemarafonunun efirindən Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Vadim Pristayko bildirib.

...O, rəsmi olaraq baş nazir olduqda, düşünürəm ki, dərhal zəng gələcək.

Qeyd edim ki, bunu Pristayko deyib.

Xatırladım ki, Liz Trass hələ baş nazir seçilməmişdən qabaq, bu vəzifəyə seçiləcəyi təqdirdə, ilk olaraq Ukrayna prezidenti Zelenckiyə zəng edəcəyini bildirmişdi. Deyəsən, həmən vaxt gəlib.

Səfir onu da qeyd edib ki, Britaniya cəmiyyəti Rusiyanın bu müharibədə uduzmalı olduğu mövqeyində yekdildir.

Bundan əlavə, Pristayko hesab edir ki, Trassın lazım gələrsə nüvə silahından istifadə etməyə hazır olması barədə bəyanatı artıq Rusiya üçün xəbərdarlıq olub.

“...Əminəm ki, bu, kifayət qədər riskli olsa da, düzgün bəyanatdır. Dünyadakı bir çox sülhməramlıların eşitmək istəmədiyi şey deyil, lakin o, "i" hərfini qeyd etdi. Rusiya almaq üçün lazım olan güclü mesajı aldı. Bundan əlavə, Böyük Britaniya biz nüvə silahından qurtulduğumuz zaman Ukraynanı qoruyacağına söz verən ölkələrdən biridir”.

Bunu da ukraynalı səfir deyib.

Bu arada xatırladaq ki, ötən gün Böyük Britaniyanın baş naziri seçilən Liz Trass dəfələrlə Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləyəcəyini bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə