Almaniyanın İqtisadiyyat Nazirliyinin rəhbəri, vitse-kansler Robert Habek ölkəsinin Rusiyanı əvəz etmək üçün qazı haradan alacağını açıqlayıb. Onun sözlərinə görə, tədarüklər qonşu ölkələrdən və mayeləşdirilmiş təbii qazın (LNG) üzən terminallarının köməyi ilə həyata keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” xəbər verir.
“Şimal axını”nın dayandırılmasını sürpriz saymayan almaniyalı siyasətçi, Rusiyadan qaz tədarükünün onlar üçün artıq elə də bir önəm kəsb etmədiyini də gizlətməyib.
Habek Almaniyanın enerji təcizatını artıq fərqli şəkildə təmin etməli olduğunu bildirib. Bunun üçün qonşu ölkələrdən enerji tədarükünün əhəmiyyətli dərəcədə artırılması həyata keçiriləcək və üzən LNG terminalları cəlb olunacaq.
Və bundan əlavə, səlahiyyətlilər pula qənaət etmək üçün müəyyən tədbirlər də tətbiq etdilər.
Qeyd edək ki, vitse-kansler Almaniyanın qaz çatışmazlığının öhdəsindən gələcəyinə əminliyini də ifadə edib.
Maraqlıdır ki, daha əvvəl Qərb ölkələrində qazpulunu ancaq rus rubluyla tələb edən ruslar...indi rublla ödənişə keçmək imkanını müzakirə etmirlər.
Deyim ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov da etiraf edib.
Agasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB