Çin zəlzələ ilə sarsılıb. SİA xəbər verir ki, Çində günorta saatlarında 6,8 bal gücündə zəlzələ baş verib. 16 kilometr dərinlikdə qeydə alınan zəlzələdə ilk təsbitlərə görə 46 nəfər həyatını itirib. Bildirilib ki, Qanzidə 29, Yaan şəhərində isə 17 nəfər ölüm olub. Su, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturunun zədələndiyi, 16 nəfərdən xəbər alına bilməyən zəlzələdə 50-dən çox adam xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB