“Krım tatar türklərinin hüquqlarını müdafiəyə davam edəcəyik”

Twitter” hesabındakı paylaşımında Kırmızıoğlu və Cepparı qonaq etdiyini yazan M.Çavuşoğlu bildirib...
“Krım tatar türklərinin hüquqlarını müdafiəyə davam edəcəyik”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna xarici işlər nazirinin müavini Əminə Caparova və Krım tatar-türk xalqının lideri, Ukraynanın millət vəkili Mustafa Əbdülcəmil Kırmızıoğlu ilə görüşüb.

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, “Twitter” hesabındakı paylaşımında Kırmızıoğlu və Caparovanı qonaq etdiyini yazan M.Çavuşoğlu bildirib: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə və Krım tatar türklərinin hüquqlarını müdafiəyə davam edəcəyik”.

Ukrayna xarici işlər nazirinin müavini Caparova da “Tvitter” hesabında Türkiyəyə səfəri çərçivəsində nazir Çavuşoğlunun səmimi qəbuluna görə minnətdarlığnı bildirib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krım Platformasının II Zirvə Toplantısında iştirakını və Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə