Əfqanıstanda Rusiya səfirliyinin yaxınlığında partlayış olub

Əfqanıstanda Rusiya səfirliyinin yaxınlığında partlayış olub

Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında partlayış törədilib. SİA-nın məlumatına görə, hadisə nəticəsində azı 25 nəfər həlak olub və ya xəsarət alıb.

Həlak olanlardan iki nəfəri səfirliyin əməkdaşı olub.

Qeyd olunur ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə zamanı ətrafda çoxlu sayda insanların olduğu deyilir.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə