Rusiyanı Krımdan imtina etməyə məcbur etmək qeyri-realdır?

Rusiyanı Krımdan imtina etməyə məcbur etmək qeyri-realdır?

...Bu arada Bundestaqın deputatı, Sol Partiya fraksiyasından olan xanım Sara Vaqenknext Rusiyanı Krımdan əl çəkməyə məcbur etmək məqsədini qeyri-real adlandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın nüvə dövləti olduğunu xatırladan alman deputat “...əgər rusların Krımdan qovulmasının lazım olduğunu israr etsəniz, Ukraynadakı münaqişə “əbədi davam edəcək”-deyə bildirib.

"...Məsələ ondadır ki, hansı məqsədlər realdır..? Ruslar onilliklərdir ki, Qara dəniz donanmasını Krımda saxlayırlar və bundan əl çəkəcəkləri elə də inandırıcı görünmür. Tamamilə qeyri-real məqsəd üçün on minlərlə, bəlkə də yüz minlərlə insanın həyatını qurban vermək lazımdırmı?

Qeyd edim ki, Sara Vaqenknext bunu Almaniyanın t-online nəşrinə müsahibəsində deyib.

Xatırldaq ki, bir müddət bunda əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Krımı Rusiyadan “nə yolla olursa-olsun” alacağını bildirmişdi.

Bundan sonra Almaniyanın keçmiş kansleri Gerhard Şröder isə bunun reallığına şübhə etdiyini gizlətməyib.

Onu da xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilən “referendum”dan sonra Rusiyanın ərazisinə çevrilib və orada sakinlərin əksəriyyəti Rusiyaya birləşməyə səs verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə