“TEKNOFEST milli texnologiya hərəkatının yetkinləşməsini təmsil edir”
TRT stendlərini gəzən M.Z.Sobacı bildirib ki...
Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin baş direktoru, professor Mehmed Zahid Sobacı dünyanın ən böyük Aerokosmik və Texnologiya Festivalı TEKNOFEST üçün Qara dəniz bölgəsində olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
TRT stendlərini gəzən M.Z.Sobacı bildirib ki, TEKNOFEST festival olmaqdan başqa, Türkiyənin, gənclərin və uşaqların oyanışını, milli texnologiya hərəkətinin yetkinləşməsini təmsil edir.
Festivala gələn gənclərin Türkiyənin texnologiya və aviasiya sahəsində gəldiyi nöqtəni anlamaq imkanı əldə etdiklərini ifadə edən Sobacı TRT olaraq festivalın ünsiyyət sponsoru olmaqdan qürur və xoşbəxtlik duyduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB