Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzi Ukraynada Estoniya istehsalı olan THeMIS robot platformasını ələ keçirib, onu az-çox bütöv vəziyyətdə Nazirliyə təhvil verən hər hansı hərbçi və ya hüquq-mühafizə orqanının əməkdaşına bir milyon rubl mükafat elan edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin Telegram kanalında deyilir.
Rusların dediyinə görə, Kiyev Estoniya istehsalçısı olan “Milrem Robotics”dən robot sistemləri almalıdırlar. Onlardan yaralıların təxliyyəsi və sursatların daşınması üçün istifadə edilməsi planlaşdırılır.
Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzi robotun “şübhəsiz texnoloji marağa” malik olduğunu, mükafat təklifinin müvafiq strukturlarla razılaşdırıldığını, ödənişin Rusiya Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcəyini bildirir.
Qeyd edək ki, mərkəzin direktoru Ruslan Puxov belə bir qərarın arxasında bir neçə səbəbin olduğunu istisna etməyib.
Təbii ki, “THEMİS”-in öyrənilməsinin Rusiya robot sistemlərinin inkişafı üçün faydalı olacağı mümkündür, amma necə? Axı ruslar “THeMIS” robot platformasını hələ ələ keçirə bilməyiblər.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Luqansk Xalq Respublikası”nda Amerikanın M777 haubitsasının ələ keçirilməsi barədə məlumat vermişdilər. Deyilənə görə, silah hava kəşfiyyatı sayəsində ələ keçirilib. Bu gün “LPR” Xalq Milislərinin nümayəndəsi Andrey Maroçkonun dediyinə görə, həmən silah onlar üşün elə də önəm təşkil etmir, sadəcə olaraq, guya muzey eksponatına çevrəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB