Almaniyada təyyarə qəzaya uğradı - ölənlər var

Almaniyada təyyarə qəzaya uğradı - ölənlər var

Almaniyada ölümlə nəticələnən təyyarə qəzası baş verib. SİA xəbər verir ki, şimali Reyn-Vestfaliya ştatının Duysburq şəhərində kiçik təyyarə "FlikFlak" sirkinin dayanacağına çırpılıb. Qəzada 2 nəfər həyatını itirib.

Qəzaya uğrayan təyyarənin alovlanmasından sonra dayanacaqda olan ən azı 10 avtomobilə ziyan dəyib, qəza yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Bildirilib ki, qəza zamanı sirkdə nümayiş olub və insanların qəza yerinə getməməsi üçün şou ləğv edilməyib. Təyyarə A59 şossesi yaxınlığında qəzaya uğradıqdan sonra magistral yol qısa müddətə nəqliyyat üçün bağlanıb, yanğın söndürüldükdən sonra yenidən nəqliyyatın hərəkətinə açılıb. Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə