Rus saytlarının yazdığına görə, Almaniyanın Köln şəhərində kütləvi nümayiş keçirilib. Nümayişçilər, əgər rus saytlarının yazdığına inansaq, Rusiyaya dəstək, Rusiyanı müdafiə etmək üçün çıxıbmışlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə WDR telekanalı Almaniya polisindəki mənbəyə istinadən xəbər verir.
Beləliklə, deyilənlərə görə, mitinqdə 400-ə yaxın insan iştirak edib. Onlar Rusiya və Almaniya bayraqları ilə şəhərin küçələrində dinc şəkildə gəziblər.
Rus saytlarının yazdığına görə, aksiyanın bir çox iştirakçıları əllərində əsasən özləri hazırladıqları müxtəlif bannerlər, plakatlar daşıyıblar. Həmən plakatlarda Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvi, Kiyevə silah və hərbi texnikanın tədarükünün dayandırılması çağırışları yer alıb.
Bundan əlavə, insanlar “Şimal axını 2” kəmərinin istifadəyə verilməsini tələb ediblər.
Amma, neyləyəsən ki, dünya mərdiməzarlardan da xali deyil.
Belə ki, həmən vaxt, yəni “rus müdafiəçiləri”nin sakit-səlis aksiya keçirdikləri bir məqamda yaxınlıqda daha bir nümayiş keçirilirmiş.
Yenidən rus saytlarının yazdıqlarına müraciət etsək, məlum olur ki, bu nümayişin iştirakçılar özlərini aqressiv aparıb, rusiyapərəst nümayişçilərə butulka və fişəng atmağa belə cəhd ediblər.
Belə ki, iki aksiya iştirakçıları arasında birbaşa qarşıdurmanın qarşısını almaq üçün polis əhəmiyyətli qüvvələr yerləşdirməli olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB