ABŞ-ın keçmiş prezidenti Barak Obama “Böyük Milli Parklarımız” sənədli serialını nəql etdiyinə görə dünyanın ən yüksək televiziya mükafatını alıb. Akademiyanın saytına istinadən verdiyi məlumata görə, mükafat “Görkəmli hekayəçi” nominasiyası üzrə təqdim olunub.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd edək ki, Böyük Milli Parklarımız ABŞ, İndoneziya, Keniya, Çili və digər ölkələrdəki milli parkların vəhşi təbiətindən bəhs edən Netflix platformasının beş seriyalı layihəsidir. Obama serialda təkcə hekayəçi kimi deyil, həm də Higher Ground Productions şirkəti vasitəsilə prodüser kimi çıxış edib.
Xatırladaq ki, Barak Obama bundan əvvəl “Atamın xəyalları” və “Ümidin cəsarəti” adlı xatirələrinə görə
“Qremmi” musiqi mükafatı qazanmışdı.
Onu da bildirək ki, 74-cü “Emmi” mükafatlandırma mərasimi sentyabrın 12-də Los-Ancelesdə keçiriləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB