Somalidəki terror aktını qətiyyətlə qınayırıq

Somalidəki terror aktını qətiyyətlə qınayırıq

Türkiyə Somalinin Hiran bölgəsində törədilən terror aktını qətiyyətlə qınadığını bildirib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Somalidə baş verən terror aktı ilə bağlı yazılı məlumat paylaşaraq bildirib: “Terror aktını ən güclü şəkildə qınayırıq. Həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına, Somali hökumətinə və xalqına başsağlığı verir, yaralananların isə sağalmasını arzulayırıq”.

Xatırladaq ki, sentyabrın 2-də Somalinin Hiran bölgəsində terror təşkilatı Əl-Şəbabın üzərinə götürdüyü hücumda 20 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə