"Krım körpüsü dağıdılmalıdır..!"

Bu müharibənin sonu olacaq..?
"Krım körpüsü dağıdılmalıdır..!"

...Ukrayna silahlı qüvvələri Rusiyanın başlatdığı müharibəni iki aya bitirə bilər.

Qeyd edək ki, təəccüblü də olsa, SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri rusiyalı publisist Andrey Piontkovski “Feyqin life” verilişinin efirində deyib və nə qədər qəribə səslənsə də o, bununla bağlı plan və şərtləri də açıqlayıb.

Deməli, Piontkovskinin fikrincə, müharibənin sonu rusların müharibədəki itkilərinin Rusiyanın ucqarlarındakılara da məlum olandan sonra çatacaq. Piontkovskiyə görə, bu gün bunu Putin də yaxşı görüb anlayır.

Bəs, maraqlıdır, rusiyalı publisist müharibənin sona çatmasını nədə görür?

Beləliklə, Piontkovskiyə görə, ilk olaraq... “Krım körpüsü simvolik şəkildə dağıdılmalı və ümumilikdə rus dünyasının ideologiyası; Xerson azad edilməlidir”.

“...Bu, Putinin siyasi ölümü və çox güman ki, onun həm də fiziki ölümü demək olacaq”, - Piontkovski əlavə edib.

Yeri gəlmişkən, rusiyalı publisist onu da qeyd edib ki, bu vəzifələri yerinə yetirmək üçün Ukrayna Silahlı Qüvvələrinə hələ də çatdırılmamış bir sıra silahlar lazımdır. Xüsusilə, uzun mənzilli ATACMS raketləri və aviasiya, yəni MiG və F-16-lar. O, Ukraynanın bu silahları mütləq alacağına əminliyini də ifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə