Alman rəsmiləri “öz hazırlıqlarını” görürlər..?

Alman rəsmiləri “öz hazırlıqlarını” görürlər..?

Almaniyanın müdafiə naziri Kristina Lambrext və Bundesverin baş müfəttişi Eberhard Zorn oktyabrın 1-dən etibarən ölkənin əsas şəhərlərində küçə patrulları xidməti həyata keçirəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bununla bağlı Almaniyada “Bundesverin Ərazi Komandanlığı” adlı yeni hərbi hissə də yaradılır.

Deyilənlərə görə, Bundesverin yeni diviziyası “daxili təhlükəsizliyin təmin edilməsi çərçivəsində milli qüvvələrin operativ komandanlığını” öz üzərinə götürəcək.

Başqa sözlə, alman hakimiyyət orqanları qiymətlərin kəskin artması ilə bağlı iğtişaşlar və qaz və elektrik enerjisi üçün külli miqdarda ödənişlərin ödənilməsində çətinliklərdən özlərini sığortalamağa çalışacaqlar.

Qeyd edək ki, bir müddət bundan əvvəl Almaniya kansleri Olaf Şolzun Kanadada təbii qazın tədarükü ilə bağlı razılığa gəlmək cəhdlərinin uğursuzluğa düçar olduğu bildirilib.

...Təbii ki, rus saytları belə xəbərləri yaymaqdan “məmnunluq” duyurlar..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə