Zelenski ukraynalı döyüşçülərə təşəkkür edib

Zelenski ukraynalı döyüşçülərə təşəkkür edib

Ukrayna ərazisindəki döyüşlər yenidən şiddətlənib. Bunu Volodimir Zelenski axşamkı video mesajı zamanı da etiraf edib.

Onun dediyinə görə, sərt döyüşlər cəbhənin bir çox hissəsində, o cümlədən Xarkov bölgəsində, cənubda və Donbassda davam edir

Zelenski, ötən gün rus qoşunlarının Nikolaev bölgəsində, Zaporoji və Dnepropetrovsk bölgələrində, eləcə də Xarkov və Nikolaev bölgəsində uğursuzluqlara düçar olduqlarını bildirib.

SİA bu barədə Ukrayna saytlarına istinad edir.

“Bizim artilleriyamız işğalçıların şok potensialını məhv etmək üçün hər şeyi edir. Hər bir rus qərargahı, bütün silah-sursat anbarları, işğal olunmuş ərazilərdəki bütün logistika marşrutları zərərsizləşdirilir”-deyən Zelenski buna görə ukraynalı döyüşçülərə öz təşəkkürünü bildirib.

“...Bu gün, düşmən üzərində uğurlu döyüş apardıqlarına görə, Donetsk istiqamətindəki 55-ci artilleriya briqadasının döyüşçülərini qeyd etmək istəyirəm. Kəşfiyyatımıza, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarına təşəkkür edirəm”.

“UNİAN”-ın bildirdiyinə görə, ötən gün Ukraynanın Silahlı Qüvvələri 7 yaşayış məntəqəsinin rayonlarında düşmənin bütün hücumlarını dəf ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə