Konqoda ordu ilә üsyançılar arasında qarşıdurma olub

Konqoda ordu ilә üsyançılar arasında qarşıdurma olub

Konqo Demokratik Respublikasının şәrqindәki İturi әyalәtindә ordu ilә üsyançılar arasında qarşıdurma olub. Mәlumata әsasәn, qarşıdurma zamanı 14 mülki vәtәndaş hәyatını itirib.

SİA-nın xarici mənbələrə istinadən əldə etdiyi məlumata görə, hadisә İturi әyalәtinin Monqbvalu qәsәbәsindә baş verib.

Bölgәdә әmәliyyat keçirәn Konqo ordusu 8 üsyançının öldürüldüyünü bildirib. Ölkәnin şәrqindә fәaliyyәt göstәrәn üsyançıların 2014-cü ildәn etibarәn törәtdiyi hücumlar nәticәsindә minlәrlә mülki vәtәndaşın öldüyü tәxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə