Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında anqlo-sakson dövlətlərinin Rusiyanı məhv etməyə can atdığını bildirib. O, nüvə dövlətinin dağılmasının mümkün riskləri barədə xəbərdarlıq da edib.
Qeyd edək ki, SİA bu barədə rus saytlarına istinad edir.
Deməli, Dmitri Medvedev vurğulayıb ki, Qərb siyasətçiləri açıq şəkildə Rusiyanın dağılmasına çağırırlar. Onların fikrincə, bütün böyük imperiyalar dağılır və gec-tez rus imperiyası da dağılmalıdır.
Təhlükəsizlik Şurasının sədr müavini izah edib ki, Qərb dövlətlərinin liderləri Rusiya Federasiyasının əsas institutlarının işini pozmağa, ölkəni effektiv idarəçilikdən məhrum etməyə, guya 1991-ci il hadisələrini təkrarlamağa çalışırlar.
O, bütün bunların yalnız anqlo-sakson siyasətçilərinin xəyallarında qaldığını aydınlaşdırıb.
Eyni zamanda, hətta istəkləri də qiymətləndirməmək lazım deyil, çünki xəyalpərəstlər əhəmiyyətli bir həqiqəti əsaslı şəkildə rədd edirlər, yəni onlar nüvə dövlətini məhv etməyə çalışırlar.
“Nüvə gücünün zorakılıqla parçalanması həmişə ölümlə şahmat oyunudur”, -Bunu da Medvedev “xəbərdarlıq” kimi deyib.
Təbii ki, bu Medvedevin dünyaya, dəqiq onun sözləri ilə desək anqlo-sakson ölkələrə ilk “xəbərdarlığı” deyil. Maraqlıdır, Medvedev həmişə olduğu kimi, bu dəfə də rusların köhnə, hisli-paslı nüvə silahları ilə həmən o “anqlo-sakson” ölkələrinə “xox” gələrkən, məgər həmin silahların, özü də daha da optimalının onlarda da olduğunu unudurmu?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB