Ukraynada xüsusi əməliyyat başlayandan sonra avropalı siyasətçilərin Rusiyaya səfərini dayandırmasına baxmayaraq, Macarıstanın baş naziri Viktor Orban keçmiş SSRİ prezidenti Mixail Qorbaçovla vidalaşmağa gələcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Macarıstan hökumətinin nümayəndəsi Zoltan Kovaç məlumat verib.
“Baş nazir Orban mərhum Mixail Qorbaçova yad etmək üçün bu səhər Moskvaya səfər edəcək”-deyə Kovaç “Tvitter” hesabında yazıb
...Burada maraqlı bir nüansa da diqqət yetirmək lazımdır ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Orbanın gəlişindən, deyəsən bir balaca şübhələnib.
Yoxsa, o, “Orbanın Moskvada daha nə etməyi planlaşdırdığını bilmədiklərini” deməzdi. Amma “...bizim bildiyimizə görə, o, yalnız Qorbaçovla vidalaşmaq üçün gələcək”.
Bunu da Peskov deyib.
Xatırladaq ki, Qorbaçovla vida mərasimi sentyabrın 3-də Moskvadakı Birliklər Evində keçirilir. Rus saytlarının verdiyi xəbərə görə, tədbirdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev iştirak edir. Deyilənə görə, Alla Puqaçova da oradadar. Bundan əvvəl Rusiya lideri Vladimir Putin SSRİ-nin keçmiş prezidenti ilə vidalaşıb. Dəfn mərasimi Novodeviçi qəbiristanlığında keçiriləcək.
Bir daha xatırladaq, Qorbaçov avqustun 30-dan 31-dək vəfat edib. Siyasətçi uzun sürən xəstəlikdən sonra 92 yaşında dünyasını dəyişib.
...Amma, dahi Mirzə Cəlilin sözü olmasın, nigarancılıq çox pis şeydir. Deyim ki, bunun Peskova heç bir dəxli yoxdur...elə-belə gəldi...dedim.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB