"...Azərbaycan uzun müddətdir ki, Qərb üçün mühüm tərəfdaş kimi öz yerini qoruyur”.
Amma biz və ya elə güvəndiyimiz Rusiya?
Qeyd edək ki, erməni saytında yer alan bu yazını ermənilərin etirafı kimi də qəbul etmək olar.
Məsələn, ermənilər deyirlər ki, əgər əvvəllər subyektivlikdən xəbər verən “Dağlıq Qarabağ” ifadəsi işlədilirdisə və ya “Qarabağın erməni əhalisindən”, onların hüquqlarından, təhlükəsizlik təminatlarından danışırdılarsa, indi belə deyil. Ermənilər əsas kimi, Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördüncü Brüssel görüşünü nümunə gətirərək, burada Avropa rəsmisinin bir dəfə də olsa “Qarabağ” sözünü işlətməməsini göstərirlər.
Bəli, burada erməni etirafı ilə barışmamaq olmur.
“Həqiqət budur ki, bu qədər zəifləyən biz yox, Azərbaycan bu qədər güclənib. Levon Ter-Petrosyan istisna olmaqla, Ermənistanın bütün prezident və baş nazirləri yeganə və əsas səhvi bu prosesləri əvvəlcədən görmək və adekvat qərarlar qəbul edə bilmədilər. Hamısı rəsmi Bakının blef etdiyi, gözünə toz tökdüyü çıxışlarla həm özünü, həm də cəmiyyəti susdurdu”. Bunu erməni saytı yazır.
Deyim ki, ermənilərin burada ən böyük etiraflarından biri də onların “...dünyanın artıq Azərbaycan gündəmi ilə barışmasını” dilə gətirmələridir.
Amma onu da deyim ki, ermənilər Azərbaycan gündəmi ilə ilk olaraq barışan Rusiyanın bu addımını Kremlin son 200 ildə Qafqazda ən böyük məğlubiyyəti kimi qələmə verirlər.
Ermənilərə görə, bu gün artıq Qafqazda (təkcə Qafqazdamı?) hər şeyi Türkiyə-Azərbaycan tandemi həll edir.
Təbii ki, burada ermənilərə yer edən məqamlardan biri, Ermənistanın dövlət kimi, Avropada artıq elə də ciddi bir dövlət kimi qəbul edilməməsidir. Azərbaycan Qərb üçün mühüm tərəfdaş kimi öz yerini çoxdan müəyyən edib. Bəs, Ermənistan? Ermənilərə görə, bütün bunları təkcə Ermənistan yox, Rusiya da əldən verib.
Təbii ki, ermənilər burada da “erməni məsləyinə” sadiq olduqlarını ortaya qoyub, Azərbaycanın Rusiyanı Avropa təbii qaz bazarından sıxışdırdığını deməyi də unudmurlar.
...Deyim ki, əslində bunu ermənilərin ruslara olan canıyananlığı və ya sədaqətli olmaları ilə izah etmək doğru olmazdı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB