Rusların gözü aydın! Avstriya elektrik enerjisinin qiymətlərinin kəskin artması səbəbindən Rusiyaya qarşı sanksiyaların ləğvinə meyl edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Die Welt” yazır.
Nəşrin yazdığına görə, ölkədə artıq Rusiyaya qarşı sanksiyaların lehinə çoxluq olmasa da, amma ehtimal ki, qışda bu tendensiya daha da güclənə bilər
O da qeyd olunur ki, bu gün yerli əhali arasında Rusiya prezidenti Vladimir Putinə müsbət yanaşan sistemsiz sağçı millətçi Avstriya Azadlıq Partiyasına dəstək verənlərin sayı artır.
Belə ki, hazırda avstriyalıların 40 faizii Moskvaya qoyulan məhdudiyyətlərə qarşıdırlar.
Qeyd edək ki, bir müddət bundan əvvəl Yeni Dehlidəki Siyasət Təhlili Mərkəzinin strateji araşdırmalar professoru Brahma Çellani, bəzi Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına görə iqtisadiyyatlarına dəyən ciddi ziyanı etiraf edib “sınacaqları” barədə xəbərdarlıq etmişdi.
...Və bu arada Rusiyanın maliyyə naziri Anton Siluanov Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi enerji resurslarının və ərzaq məhsullarının dünya qiymətlərinin aşağı düşməsinə gətirib çıxaracağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB