"...Dünyamız dəyişəcək. Mən şübhələnirəm ki, biz növbəti on il ərzində taktiki nüvə silahlarının istifadəsini də görəcəyik”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Britaniya Parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsinin sədri Tobias Ellvud bildirib.
Belə ki, o “Times Radio”-ya verdiyi açıqlamasında yaxın on ildə taktiki nüvə silahından istifadə riskinin daha da artacağını istisna etməyib.
Ona görə də... siyasətçinin fikrincə, bu gün Böyük Britaniyanın “güclü ir liderə ehtiyacı var”.
Ellvudun fikrincə, hazırda digər ölkələr boş oturarkən və ya Britaniya rəhbərliyinə arxalanarkən, London irəli addım atmalıdır.
...Yəqin xatırlamış olarsınız, hələ avqustun 23-də Böyük Britaniyanın xarici işlər naziri və baş nazirliyə namizəd Liz Trass “...lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu” bildirmişdi.
Onun fikrincə, bu, “baş nazirin mühüm vəzifəsidir”.
...Və bu arada qeyd edim ki, Böyük Britaniyada yeni baş nazir və Mühafizəkarlar Partiyası liderinin seçilməsi üçün səsvermə artıq başa çatıb.
Belə ki, avqustun 1-dən göndərilməyə başlanan bülletenlərə əsasən gələn həftəsonu səslər hesablanacaq, Beləliklə Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.
...Və ən nəhayət xatırladım ki, bir müddət bundan əvvəl Liz Trass baş nazir seçiləcəyi təqdirdə, ilk olaraq, Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcəyinə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB