Əfqanıstanda 4,9 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 4,9 bal gücündə zəlzələ baş verib

Bu gün axşam saatlarında Əfqanıstanda 4,9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, ABŞ Geoloji Xidməti yerli vaxtla saat 21.30-da baş verən 4,9 bal gücündə zəlzələnin 16,4 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Zəlzələ ətraf əyalətlərdə, xüsusilə də paytaxt Kabildə, Özbəkistan və Tacikistanın sərhədyanı rayonlarında hiss olunub.

Qeyd edək ki, iyunun 22-də Əfqanıstanın şərq əyalətlərində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 1200-dən çox insan həlak olub. Ölkədə, xüsusən də kənd yerlərində infrastrukturun olmaması, gildən evlərin tikilməsi səbəbindən zəlzələlərdə insan itkiləri artır.

Bütün xəbərlər Facebook səhifəmizdə