Beləliklə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi fiziki şəxslər arasında xarici agentlərin reyestrinə daha altı nəfəri də əlavə edib.
Bunlar musiqiçi Andrey Makareviç, ukraynalı jurnalist Dmitri Qordon və onun rusiyalı həmkarı Katerina Qordeeva, İvan Jdanov, iş adamı və ictimai xadim Boris Zimin, politoloq Fyodor Kraşeninnikovdurlar.
Nazirliyin məlumatına görə, bu şəxslər Ukraynadan maliyyə yardımı alaraq Rusiyaya qarşı siyasi fəaliyyətlə məşğul olurlar.
Bundan əlavə, xarici media agentləri siyahısına həmçinin aktyor və teleaparıcı Mixail Şats, siyasətçi Yuliya Qalyamina, blogger Kirill Fedorov, jurnalist və politoloq Sergey Medvedev, “Novaya qazeta.Avropa”nın baş redaktoru Kirill Martınov, jurnalist Sergey Loiko və həmçinin “Novosti” Məhdud Məsuliyyətli Cəmiyyəti də daxil edilib.
Maraqlıdır ki, Andrey Makareviç Ədliyyə Nazirliyinin onu xarici agent kimi tanıdığını “RTVI” müxbirindən öyrəndiyini bildirib. Musiqiçi buna reaksiya olaraq “yaxşı xəbər”dir desə də, amma bununla bağlı heç bir şey etmək planının olmadığını söyləyib, sadəcə olaraq... “onlar, arzuolunmaz insanlara damğa vurmaqla məşquldurlar”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB