Pakistan ərazisinin üçdə bir hissəsindən çoxu su altında qalıb

Pakistan ərazisinin üçdə bir hissəsindən çoxu su altında qalıb

Güclü yağışlar nəticəsində Pakistan ərazisinin üçdə bir hissəsindən çoxu su altında qalıb. SİA xəbər verir ki, daşqınlar əlavə fəlakətlərə səbəb olmaq təhlükəsi yaradıb. Ölkədə ərzaq çatışmazlığı yaranıb, milyonlarla hektar əkin sahəsi su altında qalıb, yüz minlərlə mal-qara tələf olub. Humanitar təşkilatlar isə yoluxucu xəstəliklərin artması ilə bağlı xəbərdarlıq edir.

Xatırladaq ki, iyunun ortalarında daşqınlar 1200-dən çox insanın həyatına son qoyub, onlardan 400-ə yaxını uşaqdır, bundan əlavə, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə