Rusiyanın “Qazprom” holdinqi “Şimal axını”nın işinin qeyri-müəyyən müddətə tamamilə dayandırıldığını bildirir.
SİA bu barədə rus saytlarına istinad edir.
Enerji şirkətindən verilən məlumata görə, Rostexnadzor sonuncu qalan turbində aşkar edilmiş nasazlıqlar barədə “Qazprom”a xəbərdarlıq edib. Şirkət nümayəndələri artıq “Siemens”ə mühərrik nasazlığı barədə məktub da göndərib və həmçinin onların aradan qaldırılmasının zəruriliyi barədə məlumat da veriblər.
Bu arada Almaniya İqtisadiyyat Nazirliyi “Şimal axını” ilə ölkəyə qaz nəqlinin bərpasını hesablamadığını iddia edib. Belə ki, departament rəhbəri Robert Habekin sözlərinə görə, nazirlik Rusiyanın “Qazprom” şirkəti ilə birbaşa danışıqlar aparmadığını da bildirib.
Qeyd edək ki, Rusiyadan Avropaya qaz tədarükü üçün əsas marşrut olan “Şimal axını” iyunun ortalarından məhdudiyyətlərlə işləyir və iyulun sonundan etibarən hər gün 170 milyon kubmetrə yaxın ötürmə qabiliyyətinin yalnız 20 faizi ilə işləyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB