İran ABŞ-a məxsus iki pilotsuz vəsaiti müvəqqəti saxlayıb

İran ABŞ-a məxsus iki pilotsuz vəsaiti müvəqqəti saxlayıb

İran ABŞ-a məxsus iki pilotsuz dəniz vasitəsini Qırmızı dənizdə "dəniz təhlükəsizliyini təhlükə altına atdığı" səbəbi ilə müvəqqəti saxladığını və daha sonra buraxdığını açıqlayıb.

İran dövlət televiziyasının xəbərinə görə, dünən Qırmızı dənizdə dəniz təhlükəsizliyini təhlükə altına alan ABŞ-a məxsus iki pilotsuz kəşfiyyat qayığı İran donanması tərəfindən qısa müddətə saxlanılıb.

Xəbərdə "İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Kameran" adlı hərbi gəmi dünən ABŞ donanmasına xəbərdarlıq etdikdən sonra mümkün qəzanın qarşısını almaq üçün iki qayığı saxlayıb. Beynəlxalq gəmiçilik marşrutları təmin edildikdən sonra iki qayıq təhlükəsiz ərazidə sərbəst buraxılıb" deyilib.

SİA-nın əldə etdiyi məlumata görə, dövlət televiziyasında yayımlanan kadrlarda İran əsgərlərinin iki pilotsuz qayığı gəminin göyərtəsindən dənizə itələdiyi əks olunub.

ABŞ-ın avqustun 30-da verdiyi açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun Fars körfəzində donanmanın pilotsuz vəsaitini ələ keçirməyə cəhd etdiyi, lakin yaxınlıqda yerləşən ABŞ hərbi gəmisinin müdaxiləsi ilə bu cəhdin qarşısının alındığı açıqlanıb.

İran İnqilab Keşikçiləri Korpusu isə sözügedən pilotsuz vəsaitin dəniz təhlükəsizliyini pozduğu üçün ələ keçirildiyini və daha sonra sərbəst buraxıldığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə