İran ABŞ-ın iki gəmisini ələ keçirib

İran ABŞ-ın iki gəmisini ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə təhlükəsizliyi təhlükə altına atması səbəbi ilə ABŞ-a məxsus iki pilotsuz dəniz vasitəsini ələ keçirdiyini və sonra onları buraxdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran donanması Qırmızı dənizdə ABŞ-ın iki gəmisini ələ keçirib.

Dövlət televiziyası tərəfindən yayımlanan görüntülərdə gəminin göyərtəsində olan ABŞ-a məxsus pilotsuz dəniz vasitəsinin İran əsgərləri tərəfindən yenidən dənizə atıldığı görülüb.

ABŞ-dan avqustun 30-da verilən açıqlamada İran İnqilab Keşikçiləri Ordusunun Fars körfəzində ABŞ donanmasının pilotsuz vasitəsini ələ keçirməyə cəhd etdiyi, lakin yaxınlıqda yerləşən ABŞ hərbi gəmisinin müdaxiləsi ilə bu cəhdin qarşısı alındığı açıqlanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə