Rusiyada son sutka ərzində 50 952 nəfər koronavirusa yoluxub.
SİA-nın məlumatına görə, bu, martın 11-dən bəri qeydə alınan ən yüksək göstərici olub. Ötən gün 49 761 yoluxma qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,62 milyon nəfəri keçib.
Eyni zamanda, son sutkada 91 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu rəqəm 95 nəfərə bərabər idi.
Rusiyada bu günədək koronavirusdan 384 532 nəfər vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB