110 il əvvəl batmış "Titanik" gəmisinin yüksək keyfiyyətli yeni görüntüləri yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, OceanGate Expeditions tərəfindən yayımlanan videoda Titanikin gövdəsinin qeyri-adi detalları və onun bəzi xüsusiyyətləri yer alıb.
1912-ci ildə Titanik Nyu-Yorka ilk səyahətini etmək üçün Atlantik Okeanını keçib. Lakin 2200 sərnişini daşıyan gəmi aysberqlə toqquşub və batıb, yalnız 712 nəfər sağ qalıb. Titanik mütəxəssisi və dalğıc Roy Qolden təxminən bir dəqiqə davam edən görüntülərdə batmış gəminin indiyə qədər görülməmiş detallarına çata bildiyini bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB