Rumıniya 300 milyon dollarlıq PUA alacaq

Rumıniya 300 milyon dollarlıq PUA alacaq

Rumıniya Türkiyədən 18 ədəd “Bayraktar TB2” dronu almağı planlaşdırır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sövdələşmənin məbləği 300 milyon avroya yaxındır. Məbləğ bu qədər böyük olduğuna görə, müqavilənin bağlanılması üçün Rumıniya parlamentinin razılığı olmalıdır. Deputatlar sazişin lehinə səs versələr, müdafiə sövdələşməsinin detallarının müzakirə edilməsi üçün danışıqlar başlanacaq.

Mətbuatın yazdığına görə, Türkiyənin zərbə dronlarının effektliliyi Ukrayna müharibəsində “əfsanəyə çevrilib”.

Rumıniyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, 18 ədəd “Bayraktar” SPUA-nın qiyməti 300 milyon dollara yaxındır, üstəlik, dronlarla yanaşı, zəruri avadanlıq da alınmalıdır.

Rumıniyanın Müdafiə Nazirliyinin ölkə parlamentinə müraciətində bildirilir ki, türk dronlarının alınması NATO-nun müdafiə planlaşdırması çərçivəsində Rumıniya qarşısında qoyulan məsələləri yerinə yetirməyə imkan verəcək. Sənəddə deyilir ki, pilotsuz uçuş aparatlarının alınması həm də Rumıniya ordusunun 2040-cı il hədəflərinə çatmasına kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə