Ukraynadan gələn gəmi İstanbulda saya oturub - FOTO-VİDEO

Ukraynadan gələn gəmi İstanbulda saya oturub - FOTO-VİDEO

Ukraynadan gələn gəmi Bosfor boğazında saya oturub. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, 173 metr uzunluğundakı “LADY ZEHMA” gəmisi saya oturduğu üçün boğazda naviqasiya müvəqqəti olaraq dayandırılıb.

Hadisə yerinə KURTARMA-5, KURTARMA-6, KURTARMA-9, KURTARMA-12 və NAZIM TUR yedəkçi gəmiləri yollanıb. Hazırda gəminin boğaza çəkilməsi üçün iş gedir.

https://youtu.be/MptgnKC3szw

Bütün xəbərlər Facebook səhifəmizdə