Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə...
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, “Vostok-2022” təlimində Rusiya, Çin, Hindistan və Azərbaycan da daxil olmaqla 14 ölkədən əsgər və hərbi müşahidəçilər iştirak edir.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın 7 poliqonunda, Oxot və Yapon (Şərq) dənizləri sularında keçirilən təlimə 50 mindən çox əsgər, 140 təyyarə və 60 döyüş gəmisi, ümumilikdə 5 mindən çox silah və hərbi texnika cəlb olunub.
Rusiya Baş Qərargahının rəhbərliyi altında keçirilən təlimin əsas məqsədi ölkənin şərq regionunda sülhün qorunması və hərbi təhlükəsizliyin təmin edilməsidir.
Manevrlər sentyabrın 7-dək sürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB