Argentinada naməlum virusdan daha bir nəfər ölüb

Argentinada naməlum virusdan daha bir nəfər ölüb

Argentinanın Tukuman vilaytində xəstəxanada daha bir nəfər naməlum virusdan ölüb.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə regional səhiyyə nazirliyinin saytında deyilib.

"18-22 avqust tarixləri arasında simptomları aşkar edilən beş xəstəxana işçisi və özəl klinikadakı bir xəstədə yoluxma hallar qeydə alınıb", - deyə bildirilib.

Qeyd olunub ki, hər altı halda söhbət ikitərəfli pnevmoniyadan gedir.

"İki nəfər ölüb, üç nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə evdədir, vəziyyəti yaxşıdır", - dəy nazirlik bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə