İstanbul Hava Limanı Avropanın birincisi olub...

...ən işlək hava limanları arasında
İstanbul Hava Limanı Avropanın birincisi olub...

stanbul Hava Limanı 24-30 avqust tarixləri arasında gündə orta hesabla 1310 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) hava hərəkəti ilə bağlı ötən həftənin məlumatlarını paylaşıb.

Buna görə, İstanbul Hava Limanı 24-30 avqust tarixlərində gündə orta hesabla 1310 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci yeri tutub.

"Covid-19"epidemiyasından əvvəlki uçuş sayını da müqayisə edən EUROCONTROL hesabatına görə, Avropanın bir çox hava limanı 2019-cu ildə uçuş gücündən xeyli geridə qalıb, İstanbul Hava Limanı isə uçuşları 2 faiz artırıb.

Həftəlik uçuş sayında İstanbul hava limanını Paris Şarl de Qoll (Fransa), Amsterdam (Hollandiya), Frankfurt (Almaniya) və London Hitrou (İngiltərə) hava limanları izləyib.

Antalya Hava Limanı isə bu dövrdə gündəlik 944 uçuşla Avropanın ən işlək 7-ci hava limanı olub. Antalya hava limanının 2019-cu ilə nisbətən uçuşları 1 faiz artırdığı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə